Bank Of Baku

«MCB Leasing» şirkətinin İdarə Heyətində dəyişiklik edilib

«MCB Leasing» şirkətinin İdarə Heyətində dəyişiklik edilib
# 08 sentyabr 2011 13:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Pakistanın Azərbaycanda fəaliyyət göstərən «MCB Leasing» şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik edilib.

Şirkətin Əməliyyat Departamentinin direktoru Rövşən Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, şirkətin İdarə Heyətinin sədr müavini Anar Yadigarov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

R.Hacıyev hazırda A.Yadigarovun heç bir yerdə işləmədiyini və həmin vəzifəyə təyinatın olmadığını bildirib.

Qeyd edək ki, A.Yadigarov «MCB Leasing» şirkətindən əvvəl «UniLeasinq» şirkətinin İdarə Heyətinin üzvü olub.

Xatırladaq ki, ki, «MCB Leasing» şirkəti 2009-cu ilin oktyabr ayında qeydiyyatdan keçib. Lizinq layihələrinin maliyyələşdirilməsinə isə 2010-cu ilin iyun ayından başlayıb. Şirkətin səhmdar kapitalında 95% «MBC Bank»a, 5% isə fiziki şəxs qismində çıxış edən Namiq Səfərova məxsusdur.

Cari il aprelin 1-nə şirkətin lizinq portfeli 1,687 mln. manat, nizamnamə kapitalı isə 842,5 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR