Bank Of Baku

«Qafqaz İnkişaf Bankı» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Qafqaz İnkişaf Bankı» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 09 sentyabr 2011 07:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 12-dən etibarən «Qafqaz İnkişaf Bankı» ASC-nin Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş adi sənədsiz adlı əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 2 mln. ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir.

«Qafqaz İnkişaf Bankı» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Çelsi Kapital» şirkəti çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 20% artaraq 12 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Cari ilin iyulun 1-nə bankın aktivlərinin həcmi 59,540 mln. manat, kredit portfeli 50,336 mln. manat, depozit portfeli 11,504 mln. manat, məcmu kapitalı 9,662 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR