Bank Of Baku

Azərbaycandakı bankların aktivlər üzrə renkinqi

Azərbaycandakı bankların aktivlər üzrə renkinqi
# 09 sentyabr 2011 11:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən etibarən «APA-Economics» Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2011-ci il iyul ayının 1-nə müxtəlif maliyyə göstəriciləri üzrə renkinqlərinin hazırlanmasına başlayır.

Layihənin əsas məqsədi Azərbaycandakı bankların maliyyə-təsərrüfat fəaliyyəti və onun nəticələri haqqında ictimaiyyətin və potensial investorların məlumatlandırılmasıdır.

Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasını nəzərdə tutur. Aşağıdakı cədvəldə ölkədəki banklar 2011-ci il iyul ayının 1-nə olan aktivlərinin həcminə görə sıralanıb. Cədvəldə həmçinin bankların məcmu aktivlər üzrə bazar payı qeyd olunub:

(mln. AZN)

 

Banklar

Aktivlər

Bazar payı (%)

1

Azərbaycan Beynəlxalq Bankı

4 951,302

38,40

2

Kapital Bank

874,386

6,78

3

Xalq Bank

641,130

4,97

4

Bank Standard

610,416

4,73

5

Texnikabank

558,287

4,33

6

PAŞA Bank

491,521

3,81

7

Access Bank

372,078

2,89

8

Unibank

371,050

2,88

9

Dəmirbank

329,451

2,55

10

Bank Respublika

300,767

2,33

11

Zamin Bank

285,049

2,21

12

AGBank

283,207

2,20

13

Bank of Baku

259,976

2,02

14

Muğan Bank

221,316

1,72

15

AtaBank

197,809

1,53

16

Royal Bank

189,361

1,47

17

Bank Nikoil

188,539

1,46

18

YapiKredi Bank Azerbaijan

165,605

1,28

19

Azərbaycan Sənaye Bankı

156,923

1,22

20

Bank of Azerbaijan

153,540

1,19

21

Turanbank

153,296

1,19

22

Expressbank

141,543

1,10

23

Rabitəbank

126,186

0,98

24

Parabank

108,670

0,84

25

SilkWay Bank

82,213

0,64

26

KredoBank

82,191

0,64

27

Amrahbank

72,253

0,56

28

Bank Avrasiya

64,351

0,50

29

Qafqaz İnkişaf Bankı

59,540

0,46

30

VTB Azərbaycan

59,309

0,46

31

Azər-Türk Bank

57,263

0,44

32

Atrabank

56,012

0,43

33

NBC Bank

55,676

0,43

34

Deka Bank

46,716

0,36

35

United Credit Bank

46,167

0,36

36

Gəncəbank

45,196

0,35

37

Günaybank

36,954

0,29

38

Azərbaycan Kredit Bankı*

-

-

39

AFB Bank*

-

-

40

Pakistan Milli Bankı – Bakı*

-

-

41

BTB Bank*

-

-

42

Euro Bank*

-

-

43

Naxçıvan Bank*

-

-

44

Melli İran Bankı – Bakı*

-

-



* Bu banklar göstəriciləri təqdim etməyib

Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 44 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 37 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.

Aktivlərin renkinqinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır. Bu gün Azərbaycanda yalnız ABB-nin aktivləri milyard manatla (təqribən 6,293 mlrd. ABŞ dolları) ölçülür.

Cədvəldən göründüyü kimi, yalnız 13 bankın aktivlərinin həcmi 200 mln. manat (01.07.2011-ci il vəziyyətinə - 254,291 mln. ABŞ dolları), daha 9 bankın aktivləri 100 mln. manat (127,146 mln. ABŞ dolları), 6 bankın aktivləri isə 50 mln. manat (63,570 mln. ABŞ dolları) həddini üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR