Bank Of Baku

Kipr Rusiyadan 2-2,5 mlrd. avro kredit istəyir

Kipr Rusiyadan 2-2,5 mlrd. avro kredit istəyir
# 09 sentyabr 2011 12:14 (UTC +04:00)
Bakı - APA-Economics. Kipr Rusiyadan 2-2,5 mlrd. avro kredit almaq istəyir. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə danışıqlar davam etsə də, hələlik nəticə əldə olunmayıb.

Kipr hökuməti bu məlumatları şərh etməkdən imtina edib. Maliyyə naziri Kikis Kazamias bildirib ki, Kipr büdcə problemlərinin həlli üçün uzunmüddətli maliyyələşdirmə barədə danışıqlar aparır. Amma o, maliyyələşdirmənin mümkün mənbələrini açıqlamayıb.

Qeyd edək ki, Kiprin maliyyə vəziyyəti bu il iyulun 11-də ölkənin cənubundakı hərbi bazada baş verən partlayışdan sonra kəskin pisləşib. Serial partlayışlar 13 nəfərin ölümünə və enerji böhranına səbəb olub. Ekspertlərin fikrincə, bunun nəticələrini aradan qaldırmaq üçün Kiprə ən azı 1 mlrd. avro lazımdır. Avropa İttifaqı Kiprə kömək etməyə tələsmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR