Bank Of Baku

BVF: Dünya iqtisadiyyatı yeni təhlükəli mərhələyə qədəm qoyur

BVF: Dünya iqtisadiyyatı yeni təhlükəli mərhələyə qədəm qoyur
# 09 sentyabr 2011 13:02 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya iqtisadiyyatı yeni təhlükəli mərhələyə qədəm qoyur. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqard çıxış edib.

O, inkişaf etmiş ölkələrin siyasətçilərini iqtisadiyyatın bərpası və artımın stimullaşdırılması üçün bütün mümkün üsullardan, o cümlədən qeyri-standart tədbirlərdən istifadə etməyə çağırıb.

BVF rəhbəri borcların təkrar maliyyələşdirilməsində çətinliklə üzləşən ölkələrə büdcə konsolidasiyası yolundan kənara çıxmamağı məsləhət görüb: “Biz bilirik ki, sürətli konsolidasiya iqtisadiyyata zərər vurur və əmək bazarının perspektivlərini pisləşdirir. Ona görə də çətinlik büdcə korreksiyasının optimal templərini tapmaqdadır”.

K.Laqard hesab edir ki, mərkəzi bankların siyasəti indi daha çox stimullaşdırıcı olmalıdır: “Çünki hazırda yeni böhran təhlükəsi inflyasiyanın sürətlənməsi təhlükəsindən daha böyükdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR