Bank Of Baku

«United Credit Bank» nizamnamə kapitalını artırır

«United Credit Bank» nizamnamə kapitalını artırır
# 09 sentyabr 2011 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «United Credit Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 min manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «United Credit Bank»ın əlavə səhm emissiyasının yerləşdirilməsinə artıq yaxın gələcəkdə başlayacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 16,5% artaraq 14,108 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Kredit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan kommersiya bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Bu il iyulun 1-nə bankın aktivləri 46,167 mln. manat, kredit portfeli 34,488 mln. manat, depozit portfeli 17,347 mln. manat, məcmu kapitalı 14,503 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR