Bank Of Baku

Azərbaycan əhalisi istehlak xərclərini 10% artırıb

Azərbaycan əhalisi istehlak xərclərini 10% artırıb
# 09 sentyabr 2011 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ticarət şəbəkəsindən əhaliyə 10,2 mlrd. manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,1% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 9,9 mlrd. manatı pərakəndə ticarət, 320,6 mln. manatı iaşə şəbəkələrində realizə olunub. Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 60,7%-i ərzaq məhsullarının, 39,3%-i isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

«Səkkiz ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 3,2 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7% çox pullu xidmətlər göstərilib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR