Bank Of Baku

Dünya bazarına yeni valyutanın çıxarılması təklif olunur

Dünya bazarına yeni valyutanın çıxarılması təklif olunur
# 09 sentyabr 2011 14:32 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, layihə müəllifləri hesab edirlər ki, yeni valyutanın buraxılması ölkədən ixraca mənfi təsir göstərən «adi» frankın bahalaşmasının qarşısını alacaq.

Təşəbbüslə bağlı müraciətdə bildirilir ki, «Konfederasiya rəsmi dövriyyəyə qızıl frank buraxır, hansı ki, müxtəlif qiymətli sikkələrdən ibarətdir və hər birinin tərkibində əvvəlcədən müəyyənləşdirilmiş həcmdə qızıl olacaq». Hazırda parlamentin iqtisadiyyat və vergitutma komissiyası bu təşəbbüsü araşdırır.

İdeya müəlliflərinin fikrincə, qızıl frank universal valyutaya çevrilərək, İsveçrə frankının xarici investorlar tərəfindən kütləvi surətdə alınmasının qarşısını alacaq.

Təşəbbüsdə təklif olunur ki, İsveçrədə 2003-cü ilədək buraxılan suvenir sikkələrdən fərqli olaraq, yeni qızıl frank 0,1 qram qızıla bərabər olmalıdır. Yeni valyutanın adi franka və ya digər valyutalara nəzərən məzənnəsi də tərkibindəki qızılın həcmi ilə müəyyənləşdiriləcək. Məsələn, tərkibində 0,1 qram qızıl olan 1 yeni qızıl frank 4,2 adi franka bərabər olmalıdır. 1 qram qızılı olan sikkə isə 42 adi franka bərabər olacaq və s. Yeni sikkələr avroya oxşayacaq – mərkəzi qızıldan, kənarları başqa metaldan hazırlanacaq.

Qeyd edək ki, son illər Avropa və ABŞ-dakı iqtisadi qeyri-sabitliklə əlaqədar olaraq İsveçrə frankının məzənnəsi 30% yüksəlib. Amma frankın bahalaşması İsveçrədən ixracın zəifləməsinə və yerli şirkətlərin itkilərlə üzləşməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR