Bank Of Baku

“A-Qroup” sığorta şirkəti fiziki şəxslər üçün yeni tibbi sığorta məhsulu təqdim edib

“A-Qroup” sığorta şirkəti fiziki şəxslər üçün yeni tibbi sığorta məhsulu təqdim edib
# 10 sentyabr 2011 08:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycanın «A-Qroup» sığorta şirkəti yeni «Refund» adlı fiziki şəxslərin tibbi sığorta polisini təqdim edir.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sığorta məhsulu
sığortalının istəkləri nəzərə alınmaqla hazırlanıb. «Refund» polisi 15 min manat məbləğində tibbi təminat nəzərdə tutur.

Bura təcili tibbi yardım, ambulator-polikliniki müayinə, stasionar müalicə, planlı və təcili stomatoloji yardım, təcili vaksinasiya, dərmanların haqlarının geri ödəniş sistemi ilə ödənilməsi və 24 saat xidmət olan assistance xidməti daxildir.

Qeyd edək ki, şirkət tərəfindən könüllü tibbi sığorta bazarı əsasən korporativ seqmentə təqdim edilirdi.

Xatırladaq ki, «A-Group» sığorta şirkəti 1995-ci ildə təsis edilib. Hazırda şirkət 3 icbari və 15 könüllü sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR