Bank Of Baku

BVF Portuqaliyaya 4 mlrd. avro kredit ayırıb

BVF Portuqaliyaya 4 mlrd. avro kredit ayırıb
# 13 sentyabr 2011 07:51 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Portuqaliyaya 3,98 mlrd. avro kredit ayırmaq qərarına gəlib.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə qərar BVF-nin İcraedici Şurasında qəbul olunub.

Göstərilən məbləğ BVF-nin bu ilin may ayında Portuqaliyaya vəd etdiyi 27 mlrd. avro kreditin bir hissəsidir. Ümumiyyətlə, Lissabon üç il ərzində BVF və Avropa İttifaqından 78 mlrd. avro kredit alacaq.

Qeyd edək ki, Portuqaliya cari ilin aprel ayında Yunanıstan və İrlandiyadan sonra stabilləşdirici kredit almaq üçün müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR