Bank Of Baku

Çin İtaliyaya borc böhranını aradan qaldırmaqda kömək edəcək

Çin İtaliyaya borc böhranını aradan qaldırmaqda kömək edəcək
# 13 sentyabr 2011 09:12 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliyan Çinin dövlət investisiya korporasiyası - “China Investment Corp.” şirkətinə özünün dövlət istiqrazlarını almağı və strateji şirkətlərə investisiya yatırmağı təklif edib.

APA-Economics”in “Financial Times”a istinadən xəbərinə görə, 410 mlrd. dollarlıq aktivləri idarə edən “China Investment Corp.”un rəhbəri ötən həftə Romaya səfər edərək, İtaliyanın maliyyə naziri Culio Tremonti ilə danışıqlar aparıb. Bundan əvvəlki danışıqlar isə Pekində keçirilib. Tərəflər danışıqları davam etdirməyi qərara alıblar.

Qeyd edək ki, hazırda İtaliyanın borc öhdəliklərinin təxminən 4%-i Çinin payına düşür. İtaliya hökuməti iqtisadi böhrana son qoymaq üçün bir sıra addımlar atmaq, o cümlədən qeyri-Avropa ölkələrindən investisiyalar cəlb etmək fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR