«PAŞA Həyat Sığorta» şirkəti sığortalanmış müştəriləri üçün treninqlərə başlayıb
«APA-Economics»in məlumatına görə, açılış mərasimində çıxış edən «PAŞA Həyat Sığorta» şirkəti İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanuna əsasən, ölkədə hər bir işəgötürən öz işçisini bu sığorta növü üzrə sığortalamağa borcludur: «Həyatda avtomobil, daşınmaz əmlak və digər sığorta olunmuş hər hansı bir predmetin ödənişini etmək və ya onu yenisi ilə əvəz etmək mümkündür. Lakin insan ömrünü, insan həyatını qaytarmaq və ya nə ilə isə əvəz etmək mümkün deyil. Məhz bu səbəbdən də Azərbaycanda belə bir qanunun qəbul edilməsinə zərurət yaranıb».
N.İsmayılovun sözlərinə görə, bu sığorta növündə qanunda nəzərdə tutulmuş normativ-hüquqi aktlarda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması, həmçinin əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə annuitet haqqının məbləğinin hesablanması və digər qaydalar əksini tapıb.
Daha sonra treninqə start verilib. Treninq beynəlxalq uyğunluq və qiymətləndirmə xidmətləri göstərən «Meyer» şirkətinin Türkiyə nümayəndəliyinin baş direktoru Göhkan Yücel tərəfindən aparılır. Xarici mütəxəssis tərəfindən iştirakçılara əməyin mühafizəsi və təhlükəsizliyi (ƏMT) siyasəti və qaydaları, ƏMT sisteminin əhəmiyyəti, dövlət, işəgötürən və işçinin məsuliyyəti, həmçinin təhlükəli davranışlar və vəziyyətlər mövzusunda maarifləndirici məlumatlar veriləcək.
Sentyabrın 16-dək davam edəcək treninqdə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və «Azerenerji» ASC, habelə bu qurumların tabeçiliyində olan müəssisələr, həmçinin «Azenko», «Azfen» və «Azərsu» ASC və «PAŞA Sığorta» şirkətinin nümayəndələri iştirak edir.
Treninqin sonunda iştirakçılara tədbirin təşkilatçılarından olan «Azercert» və «Meyer» şirkətləri tərəfindən sertifikatlar təqdim olunacaq.
Xatırladaq ki, «PAŞA Həyat Sığorta» şirkəti 2010-cu il noyabr ayında dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralında verilib. Cari il sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
Maliyyə
İsDB-in İllik Toplantıları 6 mlrd. ABŞ dolları məbləğində maliyyələşdirmə sazişləri ilə başa çatıb
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bu günün valyuta məzənnələri
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
Xəbər Lenti
Peskov: Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şərurda regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
UN-Habitatın icraçı direktoru WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Ceyhun Cəlilov: Su və torpaq resurslarından səmərəli istifadə əsas prioritetlərdəndir
Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib
Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb
Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, Mahaçqalaya eniş edib - YENİLƏNİB
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
İran XİN sözçüsü İsveçrədə ABŞ-la texniki danışıqların başladığını təsdiqləyib - YENİLƏNİB
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim olunub - YENİLƏNİB-1 - FOTO
Dron hücumu ilə əlaqədar Moskvanın bütün aeroportları müvəqqəti bağlanıb - YENİLƏNİB
Pakistan lideri: ABŞ-İran danışıqları müsbət atmosferdə keçib, ümidverici irəliləyiş əldə edilib
İcra başçısı: Şərurda kənd təsərrüfatının bir çox sahəsində inkişafa nail olunub
Dövlət qulluqçularının peşə bayramı: məsuliyyət, peşəkarlıq və xidmət missiyası
Azərbaycan Müəllim İnkişafı Mərkəzi növbəti Cambridge CELTA kurslarına start verib - FOTO
Sərdar Berdiməhəmmədov Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İsmayıllıda iki avtomobil toqquşub, bir nəfər ölüb - YENİLƏNİB
Rafail Quliyev: Müasir suvarma texnologiyalarının tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına güclü təkan verəcək
Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətinə qaytarılıb
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib - FOTO
Bu il Naxçıvanda 20 min hektar sahədə payızlıq taxıl əkini aparılacaq
İsDB-in İllik Toplantıları 6 mlrd. ABŞ dolları məbləğində maliyyələşdirmə sazişləri ilə başa çatıb
Naxçıvanda kənd təsərrüfatı sahəsində dövlət dəstəyi ilə kooperativ yaradılacaq
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - YENİLƏNİB
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Starmer: Leyboristlər Partiyasının yeni liderinin seçkiləri iyulun 9-da başlayacaq
İlham Bayramov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır
Gürcüstanda azərbaycanlıların sayı artıb
ADSEA: Naxçıvanın iqlimi su ehtiyatlarından daha səmərəli istifadəni aktual məsələyə çevirir
Sabahın hava proqnozu açıqlanıb
Britaniyanın Baş naziri Starmer istefa verib
Numan Kurtulmuş Azərbaycana səfər edəcək
"Tasnim": İsveçrədə İran-ABŞ danışıqlarında nüvə məsələsi müzakirə edilməyib
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Qardaşıgilə qonaq gedən Bakı sakini 8-ci mərtəbədən yıxılaraq ölüb
Milli Məclisin sədri Əli Xamenei ilə vida mərasimində iştirak edəcək
Bakıda müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb
Kürdəmirdə 43 yaşlı kişi kanalda boğulub
BŞTİ: Bu il 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
Bakıda 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib
Dünən keçirilən imtahanların nəticələri 10 gün sonra elan olunacaq
Naxçıvanın aqrar sektoru üzrə göstəricilər açıqlanıb
Nazir: Dövlət Proqramı üzrə tələb olunan investisiya həcmi 5,9 milyard manat qiymətləndirilir
DSMF: Sosial yardımlar iyunun 24-dən gec olmayaraq ödəniləcək
Azad edilmiş ərazilərdə daha 113 mina, 514 PHS aşkarlanıb
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub