Bank Of Baku

İtaliya parlamenti kəskin antiböhran tədbirlərini qəbul edib

İtaliya parlamenti kəskin antiböhran tədbirlərini qəbul edib
# 15 sentyabr 2011 08:24 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliya Milli Parlamentinin Deputatlar Palatası kəskin qənaət tədbirləri planını sonuncu oxunuşda qəbul edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, parlamentin aşağı palatasında 314 deputat planın lehinə, 300 deputat əleyhinə səs verib. Parlamentin yuxarı palatası - Senat artıq planı bəyənib.

Hökumət qəbul edilən proqram əsasında vergilərin artırılması və dövlət xərclərinin azaldılması yolu ilə 3 il ərzində dövlət borcunu 54 mlrd. avro azaltmağı planlaşdırır.

Qeyd edək ki, hazırda İtaliyanın dövlət borcu 1,9 trln. avro təşkil edir. Bu isə İspaniya, Yunanıstan və Portuqaliyanın məcmu borcundan çoxdur.

Tədbirlər planı qəbul edildikdən sonra paytaxt Romada etiraz aksiyaları başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR