Bank Of Baku

Corc Soros vahid Avropa xəzinədarlığı yaradılmasını təklif edir

Corc Soros vahid Avropa xəzinədarlığı yaradılmasını təklif edir
# 15 sentyabr 2011 12:13 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya şöhrətli maliyyəçi və milyarder Corc Soros vahid Avropa xəzinədarlığı yaradılması təklifi ilə çıxış edib. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, C.Soros yalnız bu yolla qlobal böhranın təkrarlanmasından yayınmağın mümkün olduğunu bildirib.

Onun fikrincə, vahid Avropa xəzinədarlığı həm vergi yığma, həm də vəsaitlərin cəlb olunması üçün səlahiyyətlərə malik olmalıdır: “XXI əsrin böyük depressiyasına Yunanıstanın borc böhranı səbəb olacaq. hadisələrin bu cür inkişaf perspektivindən yalnız radikal tədbirlər yolu ilə qaçmaq mümkündür ki, Avropa ölkələrinin liderləri də buna hazır deyillər”.

C.Soros zəruri tədbirlərdən biri kimi Avropanın bank sektoruna nəzarətin vahid orqana verilməsini qeyd edib: “Təbii ki, bütün bunlar pul tələb edir. Avropanın isə vahid Avropa xəzinədarlığı yaratmaqdan başqa yolu yoxdur”.

Məşhur investor fikirlərinin hamıya xoş gəlməyəcəyini və qızğın debatlara səbəb olacağını da istisna etməyib: “Xüsusən də əhalinin hökumətdən narazı olduğu Almaniyada fikirlərim narazılıq doğuracaq. Alman xalqı bu günə qədər hesab edir ki, problemli ölkələrə yardım edib-etməmək onun seçim haqqıdır. Halbuki bu xəyaldır. Avropanın maliyyə sistemi vahid valyuta üzərində qurulduğundan, avronun süqutu elə bir böhrana səbəb olar ki, onun qarşısını heç bir hökumət ala bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR