Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı ölkədəki prosessinq mərkəzlərinin KÖMİS ilə inteqrasiyasını başa çatdırıb

Azərbaycan Mərkəzi Bankı ölkədəki prosessinq mərkəzlərinin KÖMİS ilə inteqrasiyasını başa çatdırıb
# 15 sentyabr 2011 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən «Kapital Bank» ASC-yə məxsus olan «KapitalKart» və «Texnikabank» ASC-yə məxsus olan «TexKart» ASC kart prosessinq mərkəzlərinin Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) qoşulması ilə ölkədə mövcud olan kart infrastrukturunun KÖMİS ilə inteqrasiyası tamamlanıb.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bununla da kart prosessinq mərkəzlərinin xidmətindən istifadə edən 2 milyondan çox ödəniş kart istifadəçiləri də bank və poçt şöbələrindən əlavə olaraq KÖMİS-in internet səhifəsi (www.apus.az) vasitəsilə qeydiyyatdan keçməklə və ya qeydiyyatsız formada işıq, su, qaz kimi kommunal xidmətlər və yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələr üzrə real rejimdə bildirişlər ala və ödənişlərini apara bilərlər.

Yaxın zamanlarda digər kütləvi xidmətlər və büdcə ödənişləri üzrə də eyni imkanın yaradılması mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR