Bank Of Baku

Azərbaycanın 2012-ci il dövlət büdcəsinin 30% artacağı gözlənilir

Azərbaycanın 2012-ci il dövlət büdcəsinin 30% artacağı gözlənilir
# 16 sentyabr 2011 08:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsi və makroiqtisadi proqnozlar tərtid olunarkən neftin baza qiyməti 1 barel üçün 80 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Bu barədə «APA-Economics»ə hökumətdəki mənbələrdən məlumat verilib.

Mənbənin məlumatına görə, gələn il üçün dövlət büdcəsi xərclərinin 2011-ci ilə nisbətən təqribən 30% artacağı gözlənilir. Büdcə gəlirlərində Dövlət Neft Fondundan transfertlərin həcminin də 2011-ci ildəkindən az olmayacağı bildirilir.

Xatırladaq ki, Maliyyə Nazirliyi 2012-ci il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib. Artıq sentyabrın 21-də Nazirlər Kabinetində büdcə layihəsinin geniş müzakirəsinin keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, 2011-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat, xərcləri isə 15 941,2 mln. manat həcmində təsdiqlənib. Büdcədə neftin baza qiyməti 80 dollar/barel səviyyəsində götürülüb. Sentyabrın 15-də dünya bazarında Azərbaycan neftinin qiyməti 119,56 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR