Bank Of Baku

Bakıda Mühasiblərin və Auditorların III Avrasiya Forumu keçirilir - FOTO

Bakıda Mühasiblərin və Auditorların III Avrasiya Forumu keçirilir - <font color=red>FOTO</font>
# 16 sentyabr 2011 08:38 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Azərbaycan Auditorlar Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 17-dək davam edəcək tədbirə Avropa və Asiyanın bir sıra ölkələrinin nüfuzlu qurumlarının nümayəndələri qatılıb.

Forumda əsas mövzu ətrafında məruzələr və çıxışlar dinləniləcək, şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı və audit standartlarının tətbiqi və inkişafı məsələləri üzrə peşəkar müzakirələr aparılacağı, mövcud problemlərin təhlil ediləcəyi, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərinin dəqiqləşdiriləcəyi, şəffaflığın artırılması ilə bağlı qanunvericilik aktlarının qəbulu və mövcud qanunların icra mexanizmlərini təkmilləşdirməklə bağlı konkret əməli təkliflər irəli sürüləcəyi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə ediləcəyi gözlənilir.

Tədbirdə Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Çexiya, Latviya, Slovakiyadan olan qonaqlar, həmçinin Azərbaycanın Vergilər, İqtisadi İnkişaf, Müdafiə Sənayesi nazirlikləri, Mərkəzi Bank, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, Dövlət Sosial Müdafiə Fondu, Hesablama Palatası, Dövlət Neft Fondu, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsi və digər qurumların nümayəndələri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR