Bank Of Baku

«Paşa Bank» İsveçrə nümayəndəliyinin açılması planını bankın yeni strategiyasına daxil edib

«Paşa Bank» İsveçrə nümayəndəliyinin açılması planını bankın yeni strategiyasına daxil edib
# 16 sentyabr 2011 10:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin İsveçrədə nümayəndəliyinin açılması ilə bağlı planları bankın yeni hazırlanan strategiyasına daxil edilib. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F.Axundovun sözlərinə görə, cari ilin sonunadək bankın 2012-2014-cü illəri əhatə edən yeni strateji planının işlənməsi prosesinin tamamlanacağı gözlənilir: «Bankın işçi qrupu tərəfindən hazırlanan həmin strategiyaya yğun olaraq 2012-ci il ərzində İsveçrədə nümayəndəliyin açılması məsələsi də daxil edilib. Hazırda bu istiqamətdə iş aparılır, hüquqi və digər sahələr üzrə xarici ölkənin bazarı araşdırılır. İşin qurulması üçün bank özünün məsləhətçi şirkətini də seçib».

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR