Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti xaricdən kreditlərin cəlb edilməsini dayandırıb

Azərbaycan Dövlət Neft Şirkəti xaricdən kreditlərin cəlb edilməsini dayandırıb
# 16 sentyabr 2011 10:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yaxın gələcəkdə yeni kreditlər cəlb etmək fikrində deyil. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda ARDNŞ indiyədək aldığı kreditlərin qaytarılması istiqamətində iş görür: «Şirkətin hökumətdən aldığı 750 mln. manat kreditin 125 mln. manatı artıq ödənilib, «Xalq Bank»dan alınan 100 mln. manat kreditin 70 mln. manatı ödənilib və ilin sonunadək tam ödəniləcək. «Deutchebank»dan alınan 100 mln. dollar kreditin ödənilmə vaxtı gələn ay yaxınlaşır, bunu da həyata keçirəcəyik».

S.Qasımov ARDNŞ rəhbərliyinin yeni kredit cəlb etmək fikrində olmadığını vurğulayıb: «Hazırda avrobondlarla bağlı işlər aparılır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR