Bank Of Baku

Bu il «Muğan Bank»ın əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım gözlənilir

Bu il «Muğan Bank»ın əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım gözlənilir
# 05 oktyabr 2011 14:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin 2011-ci ilin yekununda 7 mln. manata yaxın mənfəət əldə edəcəyi proqnozlaşdırılır ki, bu da 2010-cu ildəki mənfəətdən 3,2 dəfə çoxdur. Bunu «APA-Economics»ə aşıqlamasında bankın İdarə Heyətinin sədri Elmir Həsənov bildirib.

E.Həsənovun sözlərinə görə, proqnozlara əsasən, mənfəətin 60%-nini faiz mənfəəti, 40%-nin isə qeyri-faiz mənfəətinin payına düşəcəyi gözlənilir.

E.Həsənov həmçinin bu il bankın aktivləri, depozit və kredit portfeli üzrə artımın olacağını bildirib. Belə ki, cari ildə bankın aktivlərinin 20% artaraq 250 mln. manata, kredit portfelinin 35% artaraq 180 mln. manata, depozit portfelinin isə təxminən 20% genişlənərək 100 mln. manata çatacağı proqnozlaşdırılır.

Bankın sədri «Muğan Bank»ın gələcək kapitallaşması haqqında da məlumat verib. E.Həsənovun sözlərinə görə, strategiyaya uyğun olaraq, 2012-ci ildə bankın nizamnamə kapitalının 33% - 30 mln. manata qədər artırılması planlaşdırılır.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 30 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR