Bank Of Baku

Yaxın illərdə Azərbaycandakı bankların sayı iki dəfə azala bilər

Yaxın illərdə Azərbaycandakı bankların sayı iki dəfə azala bilər
# 06 oktyabr 2011 07:55 (UTC +04:00)
Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov bildirib.

Onun sözlərinə görə, hazırda kiçik bankların konsolidasiyası ilə bağlı işlər davam etdirilir: “Lakin bu proses yaxın iki-üç ildə reallaşmaya bilər. Bu istiqamətdə müzakirələr aparılır, banklarla fərdi görüşlər keçirilir. Yəqin ki, yaxın bir neçə ildə bazarda 20 bankın fəaliyyət göstərməsi reallaşacaq”.

Qeyd edək ki, hazırda Azərbaycanda 44 bank təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR