Bank Of Baku

Ben Bernanke Çinin ticarət müharibəsi təhdidinə cavab verib

Ben Bernanke Çinin ticarət müharibəsi təhdidinə cavab verib
# 06 oktyabr 2011 08:07 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin valyuta bazarındakı siyasəti dünya iqtisadiyyatının bərpasına mane olur. “APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, bu barədə ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Ben Bernanke Senat qarşısında çıxışında bildirib.

Onun sözlərinə görə, düzgün qiymətləndirilməyən yuan beynəlxalq tələbatın bərpasına və dünya iqtisadiyyatının stabilləşməsinə mane olur.

Qeyd edək ki. B.Bernankenin bəyanatı Çinin ABŞ-ı ticarət müharibəsi ilə hədələməsindən dərhal sonra səslənib. Təhdidə səbəb ABŞ Senatında milli valyutasının kursunu məqsədli şəkildə aşağı salan ölkələrin ixrac etdiyi məhsullara qarşı kompensasiya rüsumunun tətbiqini nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılmasıdır.

Çin Mərkəzi Bankı, Xarici İşlər və Ticarət nazirlikləri açıqlama yayaraq, ABŞ-ı “dünya ticarətini valyuta ilə siyasiləşdirmək”də ittiham edib. Çin XİN-in nümayəndəsi Ma Zhaoxu deyib ki, sözügedən qanun layihəsi Ümumdünya Ticarət Təşkilatının normalarına ziddir və ABŞ-Çin ticarət əlaqələrinə mənfi təsir edəcək, beynəlxalq valyuta bazarında vəziyyəti gərginləşdirəcək. Çin Mərkəzi Bankından isə bildirilib ki, qanun layihəsi ABŞ-a büdcə kəsiri və yüksək işsizlik səviyyəsi kimi problemlərini həll etməkdə kömək etməyəcək, əvəzində isə heç kimin istəmədiyi ticarət müharibəsinə gətirib çıxaracaq.

Xatırladaq ki, ABŞ və Avropa İttifaqı ölkələri dəfələrlə Çini öz milli valyutasının - yuanın kursunu məqsədli şəkildə aşağı salmaqda və bununla da dünya iqtisadiyyatında destabilizasiya yaratmaqda ittiham edib. Bu isə dünya iqtisadiyyatının ən böyük ixracatçılarından olan Çin üçün əlverişli olub xarici bazarlara nüfuz etməkdə kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR