Bank Of Baku

Almaniya vətəndaşlarının yarıdan çoxu avrodan imtina olunmasını istəyir

Almaniya vətəndaşlarının yarıdan çoxu avrodan imtina olunmasını istəyir
# 06 oktyabr 2011 09:36 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya vətəndaşlarının yarıdan çoxu milli valyuta olan markanı bərpa etməyin tərəfdarıdır. “APA-Economics”in xəbərinə görə, müstəqil “Forsa” agentliyi tərəfindən keçirilən sosioloji sorğu bu nəticəni ortaya qoyub.

Rəy sorğusuna əsasən, Almaniya vətəndaşlarının 54%-i avrodan imtina olunmasının və alman markasına dönüşün lehinə çıxış edir. Ötən illə müqayisədə onların sayı 3% artıb.

Bundan başqa, respondentlərin 43%-i əmindir ki, avrodan imtina Almaniya iqtisadiyyatının çiçəklənməsinə səbəb olacaq. Rəyi soruşulanların 51%-i isə əksinə, hesab edir ki, avro iqtisadi artımın açarıdır.

Sorğuda 1000 nəfərdən çox adam iştirak edib ki, onların da 2/3-si keçmiş ADR-in vətəndaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR