Bank Of Baku

Yaxın 10 ildə Azərbaycanın valyuta ehtiyatları 100 mlrd. dollara çatacaq

Yaxın 10 ildə Azərbaycanın valyuta ehtiyatları 100 mlrd. dollara çatacaq
# 06 oktyabr 2011 10:27 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Bakıda keçirilən Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin toplantısında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Azərbaycanın iqtisadi inkişafından danışan Z.Səmədzadə deyib ki, son 10 ildə Azərbaycanın büdcə gəlirləri 18 dəfə artıb: “Əhalinin adambaşına düşən gəlirləri 2000-ci ildə 1000 dollar təşkil edirdisə, 2010-cu ildə bu göstərici 6000 dollara çatıb”.

Hazırda Azərbaycanın xarici dövlət borcunun aşağı olduğunu deyən komitə sədri qeyd edib ki, bu borc ÜDM-in 6%-ni təşkil edir: “Bu da bir çox ölkələr arasında ən aşağı göstəricilərdəndir. Azərbaycanın büdcə kəsirinin ən maksimal həddi ÜDM-in 2,3%-ni təşkil edib. Hazırda isə bu göstəricinin ÜDM-ə nisbəti 1,05%-dir ki, bu da ölkədə aparılan özəlləşdirmə prosesi və özəl sektorun inkişafı sayəsində olub”.

Z.Səmədzadə bildirib ki, Azərbaycan hər il büdcə xərclərinin 30%-ni infrastruktur layihələrinin icrasına yönəldir: “Yaxın 10 il ərzində ölkənin valyuta ehtiyatlarının 100 mlrd. dollara çatacağı gözlənilir. Bu da ölkədə özəl sektorun inkişafı üçün əlverişli mühitin bir qədər də yaxşılaşmasına, infrastruktur və investisiya layihələrinin icrasına imkan verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR