Bank Of Baku

Son 10 ildə Azərbaycanda investisiya layihələrinə yatırılan sərmayələrin həcmi 160 dəfə artıb

Son 10 ildə Azərbaycanda investisiya layihələrinə yatırılan sərmayələrin həcmi 160 dəfə artıb
# 06 oktyabr 2011 12:08 (UTC +04:00)
Məhz bu sahəyə daha çox xarici investisiya cəlb olunur və qabaqcıl texnologiyalar tətbiq olunur. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə Bakıda keçirilən Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin toplantısında Azərbaycan Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə-kredit şöbəsinin müdiri Şahin Sadıqov bildirib.

Onun sözlərinə görə, son 10 il ərzində Azərbaycan iqtisadiyyatına 90 mlrd. dollar investisiya yatırılıb, ÜDM-in artım tempi ikirəqəmli olub, 2005-ci ildən ÜDM-in kəskin artımı müşahidə olunub. Son illər ərzində daxili investisiyaların həcmi xarici investisiyaları üstələyib, ticarət dövriyyəsi 10 dəfə artıb. Hazırda qeyri-neft məhsullarının ixracında artım müşahidə olunur və ölkə iqtisadiyyatının diversifikasiyası nəticəsində bu bir qədər də artacaq”.

Ölkədə investisiya layihələrinin sürətli və uğurlu icrasından danışan Ş.Sadıqov deyib ki, son 10 ildə investisiya layihələrinə yatırılan sərmayələrin həcmi 160 dəfə artıb: “Əgər 2000-ci ildə bu rəqəm 26,5 mln. manat idisə, 2010-cu ildə 4,132 mlrd. manat olub. Son 10 ildə dövlət büdcəsindən infrastruktur layihələrinə 15 mlrd. manat vəsait ayrılıb, nəticədə 5000 km avtomobil yolları salınıb, 2000-dən artıq məktəb, 185 tibb müəssisəsi və s. tikilib”.

Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafından danışan hökumət təmsilçisi qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondu yaradılandan indiyədək qeyri-neft sektorunda 12 min layihənin icrasına 700 mln. manat güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR