Bank Of Baku

Prezident Administrasiyası: Son məqsəd Azərbaycan Beynəlxalq Bankında dövlət payının tam satılmasıdır

Prezident Administrasiyası: Son məqsəd Azərbaycan Beynəlxalq Bankında dövlət payının tam satılmasıdır
# 06 oktyabr 2011 12:24 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov bildirib.

Onun sözlərinə görə, hazırda Bankın özəlləşdirməsi prosesi çərçivəsində maliyyə konsaltinqi xidmətləri göstərən məsləhətçilərlə iş aparılır.

Həmçinin M.Rəhimov bildirib ki, özəlləşdirmədən sonra ABB-nin kapitalı artırılmalıdır və bu, Bankın sağlamlaşmasına əhəmiyyətli dəstək olacaq.

Qeyd edək ki, ABB-nin nizamnamə kapitalında dövlətə məxsus payın azaldılması (dövlətsizləşdirilməsi) və özəlləşdirilməsi şərtlərinə dair təkliflərin hazırlanması üçün məsləhətçinin seçilməsi üzrə keçirilmiş açıq tenderin nəticələrinə uyğun olaraq, «PricewaterhouseCoopers Audit Azerbaijan» MMC, «Rothschild & CIE» şirkəti və «Salans UK Ltd.» şirkətinin Azərbaycandakı filialından ibarət konsorsium tenderin qalibi seçilib.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR