Bank Of Baku

«Dəmirbank» xaricdən yeni sindikatlaşdırılmış kredit cəlb edir

«Dəmirbank» xaricdən yeni sindikatlaşdırılmış kredit cəlb edir
# 06 oktyabr 2011 14:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabr ayının 12-də Azərbaycanın «Dəmirbank» ASC Avropanın bir sıra maliyyə qurumları ilə yeni sindikatlaşdırılmış kreditin cəlb olunmasına dair saziş imzalayacaq. Kreditin məbləği 25 mln. ABŞ dolları olacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.

R.Əmircanovun sözlərinə görə, bu kreditin cəlb edilməsində aparıcı maliyyə qurumu kimi Hollandiya İnkişaf Maliyyə Şirkəti çıxış edir: «Kreditin ayrılmasında Avropanın bir neçə maliyyə qurumu iştirak edir. Bundan başqa, daha bir kreditin cəlb edilməsi üçün «Dəmirbank»la Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə danışıqlar aparılır. Planlara görə, növbəti ilin fevral ayında 15 mln. dollar həcmində kreditin cəlb olunmasına dair sazişin imzalanması gözlənilir. Qeyd edim ki, cəlb olunacaq vəsaitlərin hamısının kiçik və orta sahibkarlıqla bağlı layihələrin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub».

R.Əmircanov həmçinin subordinasiya olunmuş kreditlərlə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və digər xarici fondlarla da danışıqların aparıldığını vurğulayıb: «Ümumiyyətlə, xaricdən vəsaitlərin cəlb edilməsi bankın reytinqinin yüksək olmasından xəbər verir».

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın ölkə üzrə 31 filial və şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR