Bank Of Baku

Azərbaycan Vaşinqtonda keçirilən beynəlxalq mikromaliyyə sammitində iştirak edəcək

Azərbaycan Vaşinqtonda keçirilən beynəlxalq mikromaliyyə sammitində iştirak edəcək
# 10 oktyabr 2011 12:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) oktyabrın 30-dan noyabrın 5-dək Vaşinqtonda (ABŞ) keçiriləcək Mikromaliyyə Assosiasiyalarının Qlobal Sammitində iştirak edəcək. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, sammitdə müştərilərin maraqlarının müdafiəsi, həmçinin müştərilərin artıq borclanması və mikromaliyyə sahəsinə aid digər aktual mövzular müzakirə ediləcək.

Qeyd edək ki, sammitdə Azərbaycanı AMA-nın icraçı direktoru J.Hacıyeva təmsil edəcək.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR