Bank Of Baku

Azərbaycan MDB çərçivəsində Azad Ticarət Zonasına dair Müqavilə layihəsini rədd edib

Azərbaycan MDB çərçivəsində Azad Ticarət Zonasına dair Müqavilə layihəsini rədd edib
# 10 oktyabr 2011 12:58 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Azərbaycan MDB çərçivəsində Azad Ticarət Zonasına dair Müqavilə layihəsini dəstəkləməyib.

APA-Economics”in MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, bu, ötən həftə Moskvada MDB iqtisadiyyat naziri müavinlərinin iclasında baş verib.

Azərbaycanın da təmsil olunduğu nazir müavinlərinin toplantısında Rusiya tərəfi Azad Ticarət Zonasına dair Müqavilə layihəsini irəli sürüb. Bildirildiyinə görə, bütün digər MDB dövlətləri Moskvanın təşəbbüsünü dəstəkləsə də, Azərbaycan tərəfi əks mövqe tutub. Buna baxmayaraq, sənəd oktyabrın 18-də Sankt-Peterburqda keçiriləcək MDB hökumət başçılarının iclasında müzakirə üçün tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR