Bank Of Baku

«Meqa Sığorta» şirkəti bu il daxilolmalarını 3 dəfə artırmaq niyyətindədir

«Meqa Sığorta» şirkəti bu il daxilolmalarını 3 dəfə artırmaq niyyətindədir
# 10 oktyabr 2011 13:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Meqa Sığorta» şirkəti bu ilin sonuna kimi yığımlarının həcmini 1 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Əfqan Murtuzayev bildirib. Bu isə ötən ilin yekun göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur.

Ə.Murtuzayevin sözlərinə görə, yığımların strukturunda ən çox vəsaitin «Avtomobillərin sığortası», «Əmlak sığortası» və «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növlərinin payına düşəcəyi gözlənilir.

Ə.Murtuzayev bildirib ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 240 min manat, sığorta ödənişləri isə 33 min manat olub.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti 1998-ci ildən «Naxçıvan Sığorta» şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi «BE&G», 2010-cu ilin oktyabr ayından isə «Meqa Sığorta» dəyişdirilib. Şirkət müştərilərə 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR