Bank Of Baku

«United Credit Bank» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır

«United Credit Bank» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 10 oktyabr 2011 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabrın 1-dən etibarən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «United Credit Bank» ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 min manat, sayı 1 000 ədəd, əlavə emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir.

«United Credit Bank» ASC-nin səhmlərinin yerləşdirilməsində andderayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 16,5% artaraq 14,108 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Kredit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan kommersiya bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Bu il iyulun 1-nə bankın aktivləri 46,167 mln. manat, kredit portfeli 34,488 mln. manat, depozit portfeli 17,347 mln. manat, məcmu kapitalı 14,503 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR