Bank Of Baku

Dünya Bankının yeni layihə ilə bağlı Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə müzakirələrə başlayıb

Dünya Bankının yeni layihə ilə bağlı Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə müzakirələrə başlayıb
# 10 oktyabr 2011 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi» çərçivəsində Dünya Bankının (DB) nümayəndə heyəti Azərbaycanda səfərdədir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 14-dək davam edəcək səfərin məqsədi sözügedən layihənin icrasına başlanılması ilə əlaqədar görülən tədbirlərin müzakirəsidir.

Bununla əlaqədar, DB-nın nümayəndə heyəti QKDK-nın sədri Rüfət Aslanlı ilə görüş keçirib. Görüşdə QKDK-nın sədri «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi»nin icrasına başlanılması ilə əlaqədar hazırlıq işlərinin intensivləşdiyini qeyd edərək, bu istiqamətdə DB və Komitə arasında səmərəli əməkdaşlığın davam etdiyini bildirib.

Öz növbəsində DB-nın nümayəndə heyətinin rəhbəri xanım Uzma Xəlil bu layihənin Azərbaycan kapital bazarlarının inkişafında mühüm rola malik olacağını vurğulayıb.

Qeyd edək ki, sözügedən layihə üçün DB tərəfindən QKDK-ya 12 mln. ABŞ dolları məbləğində kredit ayrılıb.

Xatırladaq ki, layihənin icrasına İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyi (SECO) tərəfindən daha 3 mln. dollarlıq qrant ayrılacaq. Kapital bazarının modernləşdirilməsi layihəsi 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və DB tərəfindən idarə edilən «FIRST Initiative» proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının bir hissəsidir. Layihənin icrası «2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı» Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının dəstəklənməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR