Bank Of Baku

«Parabank» yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb

«Parabank» yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb
# 11 oktyabr 2011 06:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «Parabank» ASC-nin istiqrazlarının yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, istiqrazın hər birinin nominal dəyəri 1 000 manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir.

«Parabank» ASC-nin istiqrazlarının yerləşdirilməsində andderayter rolunda «Unicapital» şirkəti çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. İstiqrazların tədavül müddəti 1 800 gün, gəlirliyi illik 15%, faizlərin ödəniş dövrünün müddəti isə 90 gün təşkil edir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR