Bank Of Baku

Britaniyalı nazir: “Azərbaycan Ümumdünya Ticarət Təşkilatına qoşulmaq üçün vaxtın yetişib-yetişmədiyinə dair qərar verməlidir”

Britaniyalı nazir: “Azərbaycan Ümumdünya Ticarət Təşkilatına qoşulmaq üçün vaxtın yetişib-yetişmədiyinə dair qərar verməlidir”
# 11 oktyabr 2011 08:13 (UTC +04:00)
APA-Economics”in Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Krallığın Avropa işləri üzrə naziri Devid Lidington xüsusi məqaləsində yazıb.

Varşavadakı “Şərqi Tərəfdaşlığı” sammitindən sonra bu dövlətlərin Avropa İttifaqı ilə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu qeyd edən nazir bildirib ki, bu əlaqələr qarşılıqlı olaraq faydalıdır. İkitərəfli münasibətlərdə azad ticarət zonası ideyasının mühüm əhəmiyyət kəsb etdiyini yazan Lidinqton digər bir məsələnin həllinin vacibliyini vurğulayıb: “Tam və hərtərəfli Azat Ticarət Zonası “Şərq Tərəfdaşlığı”nın mühüm ölçüsüdür, amma öncə hökumət Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması üçün vaxtın yetişib-yetişmədiyinə dair qərar verməlidir”.

Britaniyalı nazirin fikrincə, daha yaxın ticari münasibətlərdən savayı region dövlətlərinə təklif ediləsi digər üstünlüklər də var: “Avropa İttifaqında üzvlüyə doğru uzanan yol Azərbaycan, region və Avropa İttifaqı xalqları üçün davamlı və hiss ediləcək faydalar gətirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR