Bank Of Baku

ABŞ hərbi xərclərini azaltmağı planlaşdırır

ABŞ hərbi xərclərini azaltmağı planlaşdırır
# 11 oktyabr 2011 09:53 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Müdafiə Nazirliyi dövlət büdcəsinin kəsiri ətrafında yaranmış mürəkkəb vəziyyətlə əlaqədar hərbi hissələrin maliyyələşdirilməsi məsrəflərinin ixtisarına dair plan hazırlayır.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələri Quru Qoşunlarının qərargah rəisi Reymond Odierno açıqlama verib.

Onun sözlərinə görə, bu addım nəticəsində ABŞ ordusu iki münaqişədə alyans şəklində eyni vaxtda adi silahlardan istifadə etməklə iştirak etmək imkanını itirəcək.

Plan yaxın 10 ildə hərbi xərclərin 450 mlrd. dollar azaldılmasını nəzərdə tutur. General qeyd edib ki, əgər ABŞ Konqresi büdcə kəsirini aradan qaldırmaq üçün digər mənbələr tapmasa, o zaman hərbi qurumun xərcləri yenidən azaldıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR