Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti sığorta tariflərini endirib

Beynəlxalq Sığorta Şirkəti sığorta tariflərini endirib
# 11 oktyabr 2011 10:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin oktyabr ayının 10-dan etibarən Beynəlxalq Sığorta Şirkəti (BSŞ) Azərbaycan Beynəlxalq Bankının müştərilərinə yeni güzəştli sığorta tarifləri təqdim etməyə başlayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni tariflərə əsasən ABB-dən kredit götürən hər bir müştərinin girov qoyulan əmlakı sığortalanarkən 20%-lik güzəşt tətbiq olunacaq.

Bu addım ABB-nin potensial müştərilərinə sərfəli şərtlər yaradılması məqsədilə atılıb. Güzəştli tariflərdən daşınar və daşınmaz əmlakı girov qoymaqla bankdan kredit götürən fiziki və hüquqi şəxslər istifadə etmək imkanına malik olacaq.

BSŞ-nin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədovun sözlərinə görə, güzəştli tariflərin tətbiqi müştərilərlə yanaşı, ABB üçün də faydalı olması şübhəsizdir. «Eyni zamanda biz ümidvarıq ki, bu addım bizim şirkətin imicinə və onun gələcək inkişafına müsbət təsir göstərəcək. Belə ki, müştəri bazasının genişlənməsi gələcəyə qoyulan investisiyadır».

Qeyd edək ki, təsisçisi ABB olan BSŞ 2002-ci ildə fəaliyyətə başlayıb. Şirkət müştərilərinə 5 icbari və 32 könüllü sığorta növü üzrə xidmət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 8,8 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR