Bank Of Baku

Azərbaycanın əsas makroiqtisadi göstəriciləri üzrə 2015-ci ilədək proqnozlar açıqlanıb

Azərbaycanın əsas makroiqtisadi göstəriciləri üzrə 2015-ci ilədək proqnozlar açıqlanıb
# 11 oktyabr 2011 13:07 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi «Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri»nin təqdimatında bildirilir.

Təqdimatda qeyd olunub ki, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan proqnozlara əsasən, 2013-cü ildə ölkədə ÜDM-in artım tempi 5,1% (46,8 mlrd. manat), 2014-cü ildə – 7,7% (52 mlrd. manat), 2015-ci ildə isə 6,5% (56,7 mlrd. manat) olacağı proqnozlaşdırılır.

Gələn il özəl sektorun ÜDM-də payının 83,1%, 2013-cü ildə – 84,6%, 2014-cü ildə – 86%, 2015-ci ildə isə 86,6% təşkil edəcəyi gözlənilir.

Bununla yanaşı, 2012-ci ildə neft sektorunda real artım tempi 1,5% (14,7 mlrd. manat), 2013-cü ildə 0,2% (14,8 mlrd. manat), 2014-cü ildə 7,1% (16,2 mlrd. manat), 2015-ci ildə isə 2,8% (16,6 mlrd. manat) təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyri-neft sektorunun artım tempinin isə 2012-ci ildə 8,6% (24,9 mlrd. manat), 2013-cü ildə 7,7% (27,8 mlrd. manat), 2014-cü ildə 8,1% (31,1 mlrd. manat), 2015-ci ildə isə 8,3% (34,7 mlrd. manat) təşkil edəcəyi gözlənilir.

Eyni zamanda, 2012-ci ildə ÜDM-in adambaşına həcmi 4,4% artaraq 4 743,5 manata (6 004,4 ABŞ dolları), 2013-cü ildə – 3,8% artaraq 5 047,2 manata (6 388,8 dollar), 2014-cü ildə – 6,4% artaraq 5 543 manata (7 016,4 dollar), 2015-ci ildə isə 5,3% artaraq 5 963,1 manata (7 548,3 dollar) çatacağı gözlənilir.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda iqtisadi artım tempinin 0,9%, ÜDM-in 42,4 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payının cari ildə 81,9% olacağı, neft sektorunda azalma tempinin 8,7% (16,7 mlrd. manat), qeyri-neft sektorunda real artım tempinin 10% (22,2 mlrd. manat), ÜDM-in adambaşına həcminin isə 0,4% azalaraq 4 686,6 manat (5 932,3 dollar) təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR