Bank Of Baku

Proqnoz: Azərbaycanda inflyasiya 2015-ci ildə 4,8%-ə düşəcək

Proqnoz: Azərbaycanda inflyasiya 2015-ci ildə 4,8%-ə düşəcək
# 11 oktyabr 2011 13:23 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi «Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri»nin təqdimatında bildirilir.

Təqdimatda qeyd olunub ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan proqnozlara əsasən, 2012-ci ildə Azərbaycanda inflyasiyanın 6%, 2013-cü ildə – 5%, 2014-cü ildə 5,3%, 2015-ci ildə isə 4,8% təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2011-ci ildə Azərbaycanda inflyasiyanın 10,3%, Dünya Bankı 9,1%, Asiya İnkişaf Bankı 7,5%, Avropa Yenidənqurma və İnkişaf Bankı isə 9,1% olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR