Bank Of Baku

Azərbaycanın 2012-ci il icmal büdcəsinin gəlirləri 9% azalacaq

Azərbaycanın 2012-ci il icmal büdcəsinin gəlirləri 9% azalacaq
# 11 oktyabr 2011 14:37 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi «Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri»nin təqdimatında bildirilir.

Təqdimatda qeyd olunub ki, icmal büdcənin gəlirləri 2011-ci ilə nisbətən 1 762,2 mln. manat və ya 8,8%, 2010-cu ilin icrasına nisbətən isə 1 223,7 mln. manat və ya 6,3% az olacaq.

İcmal büdcənin xərclərinə gəldikdə isə, 2012-ci ildə xərclər 2011-ci ilə nisbətən 1 411,7 mln. manat və ya 7,6%, 2010-cu ilin icrasına nisbətən isə 6 385,1 mln. manat və ya 46,8% çox olacaq.

İcmal büdcənin kəsirinin 2012-ci ildə ÜDM-də xüsusi çəkisi 4,2% təşkil edəcək, 2011-ci ilə nisbətən 7,4%, 2010-cu ilin icrasına nisbətən isə 18,2% az olacaq.

Xatırladaq ki, 2012-ci ildə dövlət büdcəsinin gəlirlərinin 16 436,4 mln. manat, xərclərinin isə 16 984,4 mln. manat təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR