Bank Of Baku

Yaxın 4 ildə Azərbaycanda orta aylıq əmək haqqı 52% artacaq

Yaxın 4 ildə Azərbaycanda orta aylıq əmək haqqı 52% artacaq
# 12 oktyabr 2011 07:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Artıq 2105-ci ildə Azərbaycanda orta aylıq əmək haqqının 590 manata çatacağı gözlənilir.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi «Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri»nin təqdimatında bildirilir.

Təqdimatda qeyd olunub ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan proqnozlara əsasən, bu ilin sonunda ölkədə orta aylıq əmək haqqının həcmi 2010-cu ilə nisbətən 6,3% artaraq 386,8 manata çatacaq. Gələn il bu göstəricinin 2012-ci ilə nisbətən 5,5% artaraq 432,5 manata, 2013-cü ildə 5% artaraq 477 manata, 2014-cü ildə 5,6% artaraq 530,2 manata, 2015-ci ildə isə 5,8% artaraq 587,7 manata çatacağı gözlənilir. Nəticədə, yaxın 4 ildə orta aylıq əmək haqqının 52% artacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR