Bank Of Baku

«Parabank» plastik kartlara endirim elan edib

«Parabank» plastik kartlara endirim elan edib
# 12 oktyabr 2011 12:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC bankın yaradılmasının 20 illiyi münasibətilə plastik kartlara 30%-dək endirim kampaniyasına başlayıb. Aksiya yanvar ayının 3-dək davam edəcək.

Bankdan «APA-Economics»ə verilən məlumatına görə, «Visa Electron» kartının qiyməti 5 manat deyil 3,5 manat, «Visa Classic»in 30 manat deyil 21 manat, «Visa Gold»un 100 manat deyil 70 manat, «Visa Platinum»un 200 manat deyil 140 manat, «Visa Infinite»nin qiyməti isə 500 manat deyil 350 manatdır.

«Bu kartları əldə edənlər pulsuz səyahət sığortası, 0,5%-lə nağdlaşdırma, «Cash Back Bonus» xidməti, SMS xəbərdarlıq, «Mobil Bank», kredit xətti üçün güzəştli müddət, «Priority Pass», «Konsierj» xidməti («Visa İnfinite»), «Hotel Club», «Cash by Code», «Pin Change» və «Card to Card» xidmətlərindən istifadə edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR