Bank Of Baku

Yaxın 5 ildə Azərbaycan əhalisinin gəlirləri iki dəfə artacaq

Yaxın 5 ildə Azərbaycan əhalisinin gəlirləri iki dəfə artacaq
# 12 oktyabr 2011 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan ölkənin makroiqtisadi göstəriciləri üzrə ortamüddətli proqnozlara əsasən, 2015-ci ildə əhalinin gəlirləri 54 mlrd. manata çatacaq.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi «Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri»nin təqdimatında bildirilir.

Təqdimatda qeyd olunub ki, 2011-ci ilin sonuna əhalinin gəlirlərinin 2010-cu ilə nisbətən 14,2% artaraq 32,1 mlrd. manata çatacağı gözlənilir.

Gələn il bu göstəricinin 2011-ci illə müqayisədə 6,8% artaraq 36,4 mlrd. manat, 2013-cü ildə 8% artaraq 41,2 mlrd. manat, 2014-cü ildə 8,7% artaraq 47,2 mlrd. manat, 2015-ci ildə isə 8,9% artaraq 53,9 mlrd. manat təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda əhalinin gəlirləri 2009-cu ilə nisbətən 7,2% artaraq 25,6 mlrd. manat həcmində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR