Bank Of Baku

«Müstəqil Azərbaycanın vergi sistemi» mövzusunda tədbir keçirilib - FOTOSESSİYA

«Müstəqil Azərbaycanın vergi sistemi» mövzusunda tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 12 oktyabr 2011 14:43 (UTC +04:00)
Bakı - APA-ECONOMICS. Vergilər Nazirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş «Müstəqil Azərbaycanın vergi sistemi» mövzusunda tədbir keçirilib.

«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, müstəqillik və dövlət quruculuğu illərində görülən işlər barədə məlumat verib.

Azərbaycanda vergi xidmətinin qanunvericilik bazasının məhz Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə formalaşdığını vurğulayan nazir Vergi Məcəlləsinin hazırlanması prosesinin Heydər Əliyevin birbaşa rəhbərliyi ilə aparıldığını, məcəllə layihəsinin dəfələrlə Heydər Əliyevin yanında keçirilən müşavirələrdə müzakirə olunduğunu xatırladıb.

Ölkəmizdə yeni dövlət quruculuğu tarixinin son səkkiz ilinin prezident İlham Əliyevin fədakar fəaliyyəti ilə bağlı olduğunu qeyd edən nazir bu illər ərzində vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, nazirliyin tətbiq etdiyi bir çox innovativ yeniliklər, müasir informasiya texnologiyalarına söykənən islahatlar barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə və A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov müstəqilliyinin bərpası tarixi, ölkəmizin son 20 ildə qazandığı nailiyyətlər, iqtisadiyyat və sosial həyatda aparılan islahatlar barədə fikrilərini bölüşüblər.

Tədbirdə nazirliyin Hüquq İdarəsinin rəisi Samirə Musayeva, Bakı şəhəri Vergilər Departamentinin Hesabat statistika şöbəsinin rəisi, gənc mütəxəssis Fərid Əliyev və veteran vergi işçisi Cümşüd Namazov da çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR