Bank Of Baku

Azərbaycan paytaxtında «FINCA International»ın regional konfransı keçirilir

Azərbaycan paytaxtında «FINCA International»ın regional konfransı keçirilir
# 13 oktyabr 2011 08:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «FINCA Azerbaijan» bank olmayan kredit təşkilatının təşkilatçılığı ilə «FINCA Avrasiya Regional Konfransı» işə başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında «FINCA Azerbaijan»ın marketinq şöbəsinin meneceri Zaur Nurməmmədov bildirib.

Z.Nurməmmədovun sözlərinə görə, oktyabrın 15-dək davam edəcək konfransda «FINCA International»ın baş ofisi, Azərbaycan, Rusiya, Gürcüstan, Kosovo, Əfqanıstan, İordaniya, Qırğızıstan, Tacikistan ofislərinin 50-dək nümayəndəsi iştirak edir.

Tədbirin keçirilməsində əsas məqsəd «FINCA International»ın qeyd olunan ofislərinin əldə etdiyi nailiyyətlərin müzakirəsi, həmçinin mövcud problemlərin həlli istiqamətində bir araya gəlməkdir.

Z.Nurməmmədov bildirib ki, konfrans çərçivəsində marketinq, audit, İT və insan resursları ilə bağlı mövzular üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulub. Təlimlərdə iştirakçılar mövzular üzrə təklif və tövsiyələrini bildirəcəklər.

Qeyd edək ki, «FINCA Azerbaijan» 1998-ci ildən fəaliyyət göstərir və hazırda təşkilatın 115 min nəfərdən çox müştərisi var. Bu günə təşkilatın kredit portfeli 102 mln. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR