Bank Of Baku

Azərbaycan və Ukrayna gömrük sahəsində yeni perspektiv istiqamətlər üzrə işləyəcək

Azərbaycan və Ukrayna gömrük sahəsində yeni perspektiv istiqamətlər üzrə işləyəcək
# 13 oktyabr 2011 10:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 1,1 mlrd. ABŞ dollarına çatıb. «APA-Economics»in məlumatına görə, bunu Ukrayna Dövlət Gömrük Xidmətinin rəisi İqor Kaletnik bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi dinamik şəkildə ilbəil artır: «Azərbaycan nefti Ukraynaya ixrac olunan neft məhsulları sarısında ikinci yeri tutur. Öz növbəsində Ukraynadan Azərbaycana ərzaq məhsulları ixrac olunur».

İ.Kaletnik onu da bildirib ki, Azərbaycanla Ukrayna gömrük sahəsində yeni perspektiv istiqamətlər işləyib hazırlamalı, bununla da hər iki ölkənin biznes sektorunu inkişaf etdirib ticarət dövriyyəsinin artırılmasına təkan verməlidir.

İ.Kaletnikın sözlərinə görə, Ukraynanın Ümumdünya Ticarət Təşkilatının üzvü olması, Azərbaycanın isə bu təşkilata üzv olmaması iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artmasına mane olmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR