Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun xərcləri gələn il artacaq

Azərbaycan Dövlət Neft Fondunun xərcləri gələn il artacaq
# 13 oktyabr 2011 13:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il üçün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 697,0 mln. manat, xərcləri isə 10 482,5 mln. manat səviyyəsində proqnozlaşdırılır.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi «Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri»nin təqdimatında bildirilir.

Təqdimatda qeyd olunub ki, 2011-ci ilə nisbətən ARDNF-in büdcə gəlirlərinin 2012-ci ildə 2 099,2 mln. manat və ya 16,4%, 2010-cu ilin icrasına nisbətən isə 2 391,5 mln. manat və ya 18,3% az olacağı gözlənilir.

Xərclərə gəldikdə isə, 2012-ci ildə Fondun büdcə xərclərinin 2011-ci ilə nisbətən 630,1 mln. manat və ya 3,4%, 2010-cu ilin icrasına nisbətən isə 8,5% artacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR