Bank Of Baku

BVF: ABŞ və Avropanın problemləri Asiyaya sıçraya bilər

BVF: ABŞ və Avropanın problemləri Asiyaya sıçraya bilər
# 13 oktyabr 2011 14:03 (UTC +04:00)
Bakı - APA-Economics. Avropanın maliyyə bazarlarında artan gərginlik, regionun borc problemləri və ABŞ iqtisadiyyatının artım templərinin zəifləməsi Asiya üçün həddən artıq mənfi nəticələr doğura bilər.

APA-Economics”in xəbərinə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Asiya və Sakit okean regionu üçün regional iqtisadi artım proqnozları üzrə hesabatında bildirilir.

“Region böhranın episentrindən uzaq olsa da, Asiya ölkələri yüksək inteqrasiya səbəbindən onun mənfi təsirlərinə məruz qalmaqda davam edirlər” - deyə sənəddə bildirilir.

Qeyd olunur ki, Asiya məhsullarına tələbatın azalması və nəticədə ixracın azalması ilə yanaşı, Avropadakı böhranın fonunda Asiyanı digər sarsıntılar da gözləyə bilər.

Bununla belə, BVF əlavə edir ki, Asiya malik olduğu “təhlükəsizlik yastıqları” vasitəsilə böhran dövründə ayaq üstə dayana və hətta digər ölkələrə də kömək edə bilər. Ekspertlər bu baxımdan iqtisadiyyatı son illər sürətlə inkişaf edən Çinə böyük ümidlərlə baxırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR