Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun xərcləri gələn il 13% artacaq

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun xərcləri gələn il 13% artacaq
# 13 oktyabr 2011 14:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il üçün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə gəlirləri və xərcləri 2 454,3 mln. manat səviyyəsində proqnozlaşdırılır.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi «Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri»nin təqdimatında bildirilir.

Təqdimatda qeyd olunub ki, 2012-ci ildə DSMF-nin büdcə gəlirlərinin 2011-ci ilə nisbətən 288,8 mln. manat və ya 13,3%, 2010-cu ilin icrasına nisbətən isə 689,2 mln. manat və ya 39% çox olacağı gözlənilir.

Xərclərə gəldikdə isə, 2012-ci ildə Fondun büdcə xərclərinin 2011-ci ilə nisbətən 288,8 mln. manat və ya 13,3%, 2010-cu ilin icrasına nisbətən isə 685,7 mln. manat və ya 38,8% artacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR