Bank Of Baku

«Alfa Sığorta» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Alfa Sığorta» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 13 oktyabr 2011 15:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» ASC oktyabrın 17-də yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacaq.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 150 ədəd, emissiyanın ümumi həcmi isə 150 min manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Texnika Capital Management» MMC çıxış edəcək. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 3,3% artaraq 4,750 mln. manata çatacaq.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Cari il oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 4,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR