Bank Of Baku

Bakıda maliyyə vəsaitlərinin səmərəliliyi ilə bağlı seminar keçiriləcək

Bakıda maliyyə vəsaitlərinin səmərəliliyi ilə bağlı seminar keçiriləcək
# 14 oktyabr 2011 07:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 19-da Avropa İqtisadiyyat, Ticarət və Sənaye Palatasının (European Economic Chamber of Trade Commerce and Industry - EEIG) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda «Maliyyə vəsaitlərinin səmərəli şəkildə cəlb edilməsi. Beynəlxalq və yerli bazarlar» mövzusunda seminar keçiriləcək.

Nümayəndəlikdən «APA-Economics»ə verilən məlumata görə, seminar həm Azərbaycanda, həm də xaricdə orta və iri layihələri maliyyələşdirmək üçün beynəlxalq kapital bazarlarından pul vəsaitlərinin cəlb edilməsində marağı olan şirkətlərin və holdinqlərin sahibkarları, baş icraçı direktorları və maliyyə departamentlərin direktorları üçün nəzərdə tutulub.

Seminarda əsas diqqət yerli şirkətlər üçün sərfəli maliyyə mənbəyi olan beynəlxalq bazarlara yönəldiləcək.

Azərbaycanın yüksək vəzifəli şəxslərin iştirakı ilə keçiriləcək seminarda aparıcı beynəlxalq maliyyə və hüquq konsaltinq şirkətlərini təmsil edən («Grant Thornton», «Simmons&Simmons» və s.) yüksək səviyyəli konsultantlar öz təcrübələri ilə bölüşəcək.

Qeyd edək ki, EEIG 1985-ci ildə Brüsseldə (Belçika) təsis olunmuş beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatıdır. EEIG-nin 42 ölkədə nümayəndəlikləri fəaliyyət göstərir ki, Azərbaycanda QHT-nin nümayəndəliyi 2008-ci ildə açılıb. Palatanın əsas məqsədi Azərbaycanın və Avropa İttifaqı ölkələrinin işgüzar dairələri arasında əməkdaşlığa və təcrübə mübadiləsinə köməklik göstərməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR